"80 yaşımdan sonra evlənəcəm".
Kulis.az xəbər verir ki, bu fikri məşhur türkiyəli rok musiqiçisi Teoman media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"İllər çox tez keçir. Əvvəl 70 yaşda evlənməyi düşünürdüm. Artıq bu fikrimi dəyişmişəm. Məncə 70 yaş tezdir. 80 yaşımdan sonra evlənəcəm".
55 yaşlı ifaçı açıqlaması ilə sosial şəbəkələrdə gündəm olub.