Tələbə filmlərinin istehsalı davam edir

Tələbə filmlərinin istehsalı davam edir
19 may 2025
# 09:20

Milli kinomuzun gələcəyi sayılan gənc müəllif və rejissorların inkişaf etdirilməsi, kino təhsilinin dəstəklənməsi Azərbaycan Republikasının Kino Agentliyinin prioritetlərindən biridir.

Kulis.az xəbər verir ki, bu məqsədlə ARKA və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris Film” studiyası arasında 10 iyun 2024-cü il tarixində bağlanmış müqaviləyə əsasən, 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalibləri olmuş və ADMİU-nun rejissorluq ixtisası üzrə təhsil alan tələbələrin kurs və diplom işlərinin hazırlanması üçün Agentlik tərəfindən 167 000 manat məbləğində vəsait ayrılmışdır.

Belə ki, ARKA müqaviləyə əsasən “Tədris Film” studiyasına 50 017 manat vəsait köçürmüş və ilkin mərhələdə adıçəkilən studiya tərəfindən 5 tələbə filmi Agentliyə təhvil verilmişdir. Nəzərdə tutulan digər 6 film ilə bağlı işlər “Tədris Film” studiyası tərəfindən davam etdirilir, bir film isə təhvil-təslim mərhələsindədir.

Sözügedən studiyanın hazırlıq və təhvil mərhələsində olan tələbə filmləri aşağıdakılardır:

“İnam”

“Düşmüş mələk”

“Balıqçı kafesində görüş”

“Dəyişə bilməyən adam”

“Starın hekayəsi”

“Biçilmiş don”

“Mühafiz”

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #