Təcavüzə məruz qalan Salman Rüşdi bir gözünü itirdi

Təcavüzə məruz qalan Salman Rüşdi bir gözünü itirdi
24 oktyabr 2022
# 10:40

Bıçaqla hücuma məruz qalan Salman Rüşdi bir gözünü itirib.

Kulis.az xəbər verir ki, aldığı bıçaq zərbəsi nəticəsində ağır yaralanan məşhur yazıçı Salman Rüşdinin meneceri yazıçının səhhəti ilə bağlı yeni açıqlama verib.

Avqust ayında ABŞ-ın Nyu York şəhərində qatıldığı tədbirdə bıçaqla hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin bir gözünün görmə qabiliyyətini itirdiyi və bir əlini işlədə bilməyəcəyi bildirilib.

“Şeytan ayələri” kitabına görə illərdir ölüm təhdidləri alan Rüşdinin meneceri Endryu Uayli yazıçının sinəsindən 15 dəfədən çox bıçaq zərbəsi aldığını bildirib. İspaniyanın El Pais qəzetinə danışan Wylie, Rüşdinin yerinin məxfi qalacağını ifadə edərək, “O sağdır. Əhəmiyyətli olan budur”, - deyə o bildirib.

# 1782 dəfə oxunub

Müəllifin son yazıları

# # #