İyunun 7-də Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe Mincünun “Təbəssüm bağı” adlı fərdi sərgisi açılıb.
Kulis.az xəbər verir ki, sərgidə rəssamın “Avtoportret” və “Güllər” silsilələrinə aid əsərləri - rəsm və heykəltəraşlıq nümunələri təqdim olunur.
Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə - ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə, İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və muzeylərinin kolleksiyalarında yer alıb.
- Yer kürəsi itirəcək materiklərini... – Borxesdən Şeirlər
- Rasim Qaracanın kitabı Təbrizdə
- Tərlan Əbilov: “Hər şey cənub bölgəsində başladı”
Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Təbəssüm bağı” sərgisi oktyabrın 27-dək davam edəcək.