Teatrın rəhbəri məlum oldu

Teatrın rəhbəri məlum oldu
6 dekabr 2023
# 14:30

Aleksandr Lazarev Rusiya Ordusu Teatrının baş rejissoru olacaq.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın xalq artisti Aleksandr Lazarev Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru təyin olunacaq.

2020-ci ilin iyununda Boris Morozov 25 illik fəaliyyətindən sonra vəzifəsini tərk edib. Bundan sonra yer üç il boş qalıb.

Qeyd edək ki, Rus Ordu Teatrı 1930-cu il fevralın 6-da fəaliyyətə başlayıb. İllər ərzində onun direktorları Yuri Zavadski, Aleksandr Dunaev, Rostislav Qoryaev, Yuri Eremin, Leonid Xeyfets, Boris Morozov olub.

# 616 dəfə oxunub

Müəllifin son yazıları

# # #