Tbilisidə Novruz festivalı keçirilir

Tbilisidə Novruz festivalı  keçirilir
17 mart 2026
# 13:30

Tbilisidə Novruz bayramı qeyd olunur.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, şəhərin tarixi mərkəzi sayılan Hamamlar məhəlləsində bayrama həsr olunan ənənəvi festival keçirilir.

Tədbiri Tbilisi meriyası, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi birgə təşkil edib.

Festivala Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstanın Gürcüstandakı səfirlikləri qatılıblar. Hər ölkə ayrıca guşədə özünəməxsus Novruz adət-ənənələrini və atributlarını, mədəniyyət nümunələrini, milli şirniyyatlarını nümayiş etdirir.

Tədbir çərçivəsində Novruz tonqalı alovlandırılacaq, milli rəqslər və mahnılardan ibarət konsert proqramı təqdim olunacaq.

Bayram şənliyini Tbilisi şəhər rəhbərliyinin nümayəndələrinin də ziyarət edəcəyi gözlənilir.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər