Tarkovskinin şəxsi əşyaları nümayiş olunacaq

Andrey Tarkovski, rejissor

Andrey Tarkovski, rejissor

30 mart 2022
# 11:00

V. İ.Dal adına Dövlət Rus Ədəbiyyatı Tarixi Muzeyi və Dövlət Kino Muzeyi kinorejissor Andrey Tarkovskinin 90 illik yubileyinə həsr olunmuş sərgi hazırlayıblar.

Kulis.az “Ria Novosti”yə istinadən xəbər verir ki, aprelin 5-də açılacaq sərgi Tarkovskilər ailəsinin tarixindən bəhs edir.

Birinci zalda Tarkovskinin uşaqlıq fotoşəkilləri, kitabları və oyuncaqları, rejissorun valideynlərinin və nənəsinin şəxsi əşyaları nümayiş olunacaq. Ziyarətçilər Tarkovski teleskopunu da görəcəklər, rejissor uşaqlıqdan astronomiyaya həvəs göstəribmiş.

İkinci zal isə rejissorun yaradıcılığına həsr olunacaq. Ekspozisiyada onun işlədiyi filmlərin afişaları, geyim eskizləri və dekorasiyaları, eləcə də çəkilişlərdən fotolar yer alacaq.

Xatırladaq ki, bundan əvvəl Andrey Tarkovskinin rejissoru olduğu “Solaris” filminin ssenarisinin 4,5 milyon rubla satılacağı bildirilirdi.

# 1303 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #