"TikTok" və "Disney" şirkətləri arasında kontent mübadiləsinə dair tarixi razılaşma əldə olunub.
Kulis.az xəbər verir ki, əməkdaşlığa əsasən "TikTok" kontent yaradıcıları "Disney"in rəsmi personajlarından və materiallarından istifadə etmək hüququ qazanıblar.
Seçilmiş ən yaxşı videolar həm "TikTok"da, həm də "Disney+" platformasının şaquli videolar üçün nəzərdə tutulmuş "Verts" bölməsində yayımlanacaq.
İlkin olaraq ABŞ-də start götürəcək layihə çərçivəsində kontent müəlliflərinə xüsusi mükafatlar, rəsmi tədbirlərdə iştirak və karyera imkanları təqdim ediləcək.
Qeyd edək ki, "Disney" bundan əvvəl "OpenAI" şirkəti ilə 1 milyard dollarlıq bənzər anlaşma imzalasa da, "Sora" süni intellekt alətinin fəaliyyəti dayandırıldıqdan sonra həmin layihə ləğv olunmuşdu.
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında