Tarixi abidələrə müdaxilənin qarşısı alındı

Tarixi abidələrə müdaxilənin qarşısı alındı
11 avqust 2023
# 19:00

Bakı şəhərinin mərkəzi küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinə keçirilən baxış zamanı aşkar olunmuş müdaxilənin qarşısı alınıb və aidiyyəti tədbirlər görülüb.

Kulis.az xəbər verir ki, Səbail rayonu, Şeyx Şamil küçəsi 3 ünvanında yerləşən 3233 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib.

Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadı təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Eyni zamanda paytaxtın Bünyad Sərdarov, Yusif Məmmədəliyev və Qoqol küçələrində yerləşən bir sıra tarixi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülüb.

Qeyd edək ki, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

# 684 dəfə oxunub

Müəllifin son yazıları

# # #