Tanınmış qazax yazıçısı və tərcüməçisi Abdijamil Nurpeisov 97 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə respublika parlamentinin deputatı Janarbek Aşimjanov məlumat verib.
Qeyd edək ki, onun “Qan və tər” tarixi trilogiyası 1974-cü ildə SSRİ Dövlət mükafatına layiq görülüb. O, Anton Çexovun, Maksim Qorkinin hekayələrinin və başqa yazıçıların əsərlərini qazax dilinə çevirib.