Münhen Filarmoniya Orkestri tanınmış Rusiya dirijoru Valeri Qerqievi işdən çıxarıb.
APA-nın RİA “Novosti”yə istinadən xəbərə görə, bu barədə şəhər meri Ditera Rayter DPA-ya bildirib.
Məlumatda qeyd olunur ki, şəhər meriyası tərəfindən baş dirijordan fevralın 28-dək Rusiya-Ukrayna hadisələri ilə bağlı mövqe bildirmək tələb edilib.
Valeri Qerqiev Münhen Filarmoniya Orkestrinin baş dirijoru vəzifəsində çalışırdı.