Tanınmış repçi haqqında film çəkiləcək – Kim canlandıracaq?

Tanınmış repçi haqqında film çəkiləcək – Kim canlandıracaq?
21 avqust 2026
# 10:30

"Universal Pictures" tərəfindən məşhur amerikalı məşhur repçi Snup Doqqun həyatından bəhs edəcək "Snoop" adlı bioqrafik filmdə hip-hop dünyasının əfsanəvi prodüseri Dr. Dre obrazını Mayls Ballok Bi canlandıracaq.

Kulis.az xəbər verir ki, Kreyq Brüerin rejissorluq edəcəyi filmdə Snup Doqq rolunu "Outer Banks" serialı ilə tanınan Conatan Devis ifa edəcək.

Ekran işində iki sənətçi arasındakı dostluq və Dr. Drenin gənc Snup Doqqu kəşf edərək onun məşhur "Nuthin’ But a ‘G’ Thang" hiti və "Doggystyle" debüt albomu ilə dünya ulduzuna çevrilməsində oynadığı mühüm rol diqqət mərkəzində olacaq.

Layihənin prodüserliyi Brayan Qreyzer, Allan Mandelbaum, Snup Doqq və Sara Ramaker tərəfindən həyata keçirilir.

Qeyd edək ki, ssenarisi Co Robert Koul və Kreyq Brüer tərəfindən qələmə alınan kinolayihənin 6 avqust 2027-ci ildə nümayiş olunacağı planlaşdırılır.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər