Tanınmış modelyerin kolleksiyaları təqdim olunur

Tanınmış modelyerin kolleksiyaları təqdim olunur
4 avqust 2022
# 21:35

"Kazan Kremlin” muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunacaq.

Kulis.az xəbər verir ki, defile avqustun 2-dən 5-dək Kazanda (Tatarıstan) keçiriləcək ikinci Etno - Fashion xalq yaradıcılığı və Dekorativ - Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - Mədəni kod" çərçivəsində nümayiş olunacaq. Festival Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq.


Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

# 2176 dəfə oxunub

Müəllifin son yazıları

# # #