Dünyaca məşhur amerikalı müğənni Keti Perrinin beş albomdan ibarət musiqi kataloqu 225 milyon dollara satılıb.
Kulis.az xəbər verir ki, kataloqa ifaçının 2008-2020-ci illər arasında yayımlanan "One of the Boys", "Teenage Dream", "PRISM", "Witness" və "Smile" albomlarında olan mahnılarının səsyazmaları daxildir.
Qeyd edək ki, Perri Maykl Ceksondan sonra eyni albomdan beş mahnısı "Hot 100" siyahısına daxil olan ikinci müğənnidir.