Tanınmış elm və mədəniyyət xadimləri mükafatlandırıldı

Tanınmış elm və mədəniyyət xadimləri mükafatlandırıldı
19 mart 2022
# 15:00

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) Novruz bayramı münasibəti ilə Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimlərini ölkələr arasında dostluq, əməkdaşlıq, mədəniyyət, humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi, xalq diplomatiyasının inkişafı yolundakı xidmətlərinə görə mükafata layiq görüb.

Kulis.az xəbər verir ki, cəmiyyətin fəxri diplomuna Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Elman Quliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) şöbə müdiri, şair, tərcüməçi Sayman Aruz, AYB-nin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə layiq görülüblər.

Bu barədə qərarı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilən tədbirdə ÖADC-nin icraçı direktoru Erkin Nuriddinov elan edib, fəxri diplomlar Azərbaycan tərəfinə çatdırılması üçün AMM-yə təqdim olunub.

Qeyd edək ki, ÖADC mütəmadi olaraq Azərbaycan-Özbəkistan dostluğu istiqamətində AMM ilə sıx əməkdaşlıq edir və hər il bu istiqamətdə çoxsaylı tədbirlər reallaşdırır.

# 1554 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #