Tanınmış amerikalı aktrisadan Elon Maska minnətdarlıq - Hüquqi dəstəyə görə

Tanınmış amerikalı aktrisadan Elon Maska  minnətdarlıq - Hüquqi dəstəyə görə
9 avqust 2025
# 10:50

Amerikalı aktrisa Gina Karano 2021-ci ildə sosial şəbəkədəki paylaşımlarına görə “The Mandalorian” serialından çıxarıldıqdan sonra "Lucasfilm" və "Disney"ə qarşı açdığı məhkəmə işində razılaşmaya gəlib.

Kulis.az xəbər verir ki, o, sosial mediada mühafizəkar baxışlarını ifadə etdiyinə görə haqsız yerə işdən çıxarıldığını iddia etmişdi.

Karanonun paylaşımı Holokost dövründə yəhudilərin gördüyü münasibətlə müqayisə yaradaraq geniş tənqidə səbəb olmuşdu.

"Lucasfilm" aktrisanın gələcəkdə layihələrdə iştirak edə biləcəyini istisna etməyib.

Məhkəmə işi rəsmi olaraq bağlanmaq üzrədir.

Qeyd edək ki, Karano hüquqi dəstəyə görə Elon Maska təşəkkür edib.

# 217 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər