Tanınmış aktyor Laçına köçdü

Tanınmış aktyor Laçına köçdü
23 noyabr 2023
# 15:20

Aktyor Rauf Şahsuvarov Laçına köçüb.

Kulis.az xəbər verir ki, o, dünən Bakıdan Laçına köçürülən 81 nəfərdən biri olub. Sənətçi bundan sonra Laçında yaşayacaq.

Qeyd edək ki, aktyor 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın – Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.

Rauf hazırda Bakı Uşaq Teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb. Aktyor “O dünyadan salam”, “Lal”, “Yol yoldaşları”, “QAZ”, “Kəndim+nizə qayıdın!?”, “Sübhün səfiri”, “Oğlan evi 2”, “Hoqqa”, “Sən demə” filmlərində, “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Qız atası”, “Vicdan haqqı”, “Əqrəb mövsümü” seriallarında çəkilib.

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

# # #