Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.
Kulis.az xəbər verir ki, bu barədə aktyorun qızı Leyla Rəhimli sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub:
"Həkim bizə dedi ki, hərəkət qabiliyyətini itirmə ehtimalı 1 faizdir. Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirdi. Azərbaycan səhiyyəsindən iyrənirəm. Atamı birbaşa ölümə tərk etdilər".