Tanınmış aktrisanın evdə çürümüş meyiti tapıldı - 20 gün əvvəl ölübmüş

Tanınmış aktrisanın evdə çürümüş meyiti tapıldı - 20 gün əvvəl ölübmüş
9 iyul 2025
# 14:43

Pakistanda aktrisa evində ölü halda tapılıb.

Kulis.az xəbər verir ki, hadisə Kəraçi şəhərində qeydə alınıb.

Məhkəmə ev sahibinin kirayə borcu ilə bağlı iddiasından sonra mənzilə zorla daxil olub kirayəçinin çıxarılmasına qərar verib. Polis əməkdaşları qərara əsasən qapını sındıraraq, tanınmış aktrisa və model ın yaşadığı həmin mənzilə daxil olublar.

Bu zaman polislər 32 yaşlı aktrisanın çürümüş meyiti ilə qarşılaşıblar. Məhkəmə-tibbi eksperti ilkin baxış zamanı qızın təxminən 20 gün əvvəl öldüyünü iddia edib.

Qeyd olunur ki, Humayra Asqar sosial şəbəkələrdə çox paylaşımlar etmirmiş və yalnız yaşayırmış.

Hadisə ictimaiyyət arasında hüznlə qarşılanıb və başsağlığı mesajları sosial şəbəkələrdə paylaşılıb. Həmçinin insanlar Pakistanda tənha insanlara diqqət göstərilməməsindən gileyləniblər. Lent.az

# 782 dəfə oxunub

Müəllifin son yazıları

# # #