"TANI, OXU, TANIT" layihəsi Bakı Qızlar Universitetində

"TANI, OXU, TANIT"  layihəsi Bakı Qızlar Universitetində
18 may 2024
# 16:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi "Tanı, oxu, tanıt" ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində Bakı Qızlar Universitetində tədbir keçirilib.

Kulis.az xəbər verir ki, açılış nitqi üçün Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimovaya söz verilib.

O, qonaqları salamlayaraq insan mənəviyyatının inkişafında bədii sözün əhəmiyyətindən danışıb. Sonra DGTYB-nin fəaliyyəti ilə bağlı video-çarx izlənilib.

Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair- publisist Əkbər Qoşalıya, Birliyin başqanı, şair-publisist İntiqam Yaşara, Birliyin idarə heyətinin üzvləri şair Elvin İntiqamoğluna, Yusif Nazimə, başqan müavini, şair-publisist Ayşən Rəhimə söz verilib. Onlar DGTYB-nin ədəbi layihələrindən söz açıb, layihə çərçivəsində çap olunmuş "Ədəbi toplu-2024" adlı kitabda yer almış şeirlərindən səsləndiriblər. Daha sonra Bakı Qızlar Universiteti Tələbə Gənclər Təşkilatının bədii qiraət klubunun üzvləri şairlərin şeirlərindən nümunələr səsləndirib, müxtəlif musiqilər ifa ediblər.

Sonda bütün iştirakçılara DGTYB-nin nəşr etdirdiyi nəşrlər hədiyyə edilib, tədbirdə fəallıq göstərən tələbələrə diplomlar verilib, xatirə şəkli ilə tədbirə yekun vurulub.

# 819 dəfə oxunub

Müəllifin son yazıları

# # #