"Tailandın Maykl Ceksonu" həbs edildi

"Tailandın Maykl Ceksonu"   həbs edildi
24 iyun 2026
# 14:30

"Tailandın Maykl Ceksonu" kimi tanınan 64 yaşlı pop müğənnisi Tik Şiro (Manasavin Nantassen) Bankqokda içkili vəziyyətdə törətdiyi yol qəzasına görə iki il müddətinə azadlıqdan məhrum edilib.

"Euronews"un verdiyi xəbərə görə, sənətçinin idarə etdiyi avtomobilin motosikletə çırpılması nəticəsində iki bacı-qardaş həyatını itirib.

Məhkəmə müğənninin könüllü təslim olmasını, peşmanlığını və qurbanların ailələrinə təzminat ödəməsini yüngülləşdirici hal kimi nəzərə alıb.

Qeyd edək ki, Tailand yol qəzalarındakı ölüm göstəricilərinə görə dünyada ilk onluqda yer alır.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər