Tağıyevdən bəhs edən film beynəlxalq festivalda

“100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev”

“100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev”

23 fevral 2022
# 18:20

Azərbaycanda istehsal olunmuş “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” və “Stalinin qaranlıq keçmişi” sənədli filmləri Braziliyada “RNAB” festivalında ölkəmizi təmsil edəcək.

Kulis.az xəbər verir ki, bu barədə filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. O qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 14 beynəlxalq film festivalında uğur qazanıb.

Qeyd edək ki, “SSP Production” şirkətinin ekranlaşdırdığı daha bir film olan “Stalinin qaranlıq keçmişi” adlanır. Filmə Əkbər Qoşalı redaktorluq edib, mətni isə Xalq artisti Eldost Bayram oxuyub.

# 1399 dəfə oxunub

Müəllifin son yazıları

# # #