Şuşanın 270, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş konfrans keçirildi

Şuşanın 270, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş konfrans keçirildi
28 may 2022
# 15:00

Beynəlxalq Türk Akademiyası birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Şuşa şəhərinin 270, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan konfrans təşkil edib.

Kulis.az xəbər verir ki, konfransda Beynəlxalq Türk Akademiyasının qazax dilində nəşr etdiyi “Qarabağ: Azərbaycanın incisi – tarixi, mədəniyyəti, təbiəti” kitab-albomunun təqdimatı keçirilib.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli tədbirin məqsədi və kitab-albom barədə məlumat verib. 44 günlük Vətən müharibəsi zamanı çapdan çıxan kitabın ensiklopedik nəşr olduğunu və ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı fundamental nəşr ortaya qoyulduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Qazaxıstandan şair Gülnaz Fayzulla, AMEA Ədəbiyyat İnstitutundan tanınmış alimlər və digər qonaqlar çıxış edərək Xurşidbanu Natəvan irsi barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçılar Türk Akademiyasının nəşrlərinin sərgiləndiyi stendlə tanış olublar.

# 1348 dəfə oxunub

Müəllifin son yazıları

# # #