Şuşada Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Şuşada Beynəlxalq Musiqi Festivalı keçiriləcək
10 may 2024
# 12:45

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11–13 may tarixlərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində gerçəkləşəcək.

Kulis.az xəbər verir ki, festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

Qeyd edək ki, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti mayın 11-də Cıdır düzündə baş tutacaq, mayın 13-dən isə Laçında - Həkəri çayı ətrafında davam edəcək.

# 260 dəfə oxunub

Müəllifin son yazıları

# # #