Şuşa Teatrında premyera - “İki əsgər”

Şuşa Teatrında premyera - “İki əsgər”
23 may 2025
# 09:30

Mayın 23-də Şuşa Dövlət Musiqili Dram Teatrında dramaturq Xaqani Əliyevin “İki əsgər” tamaşasının premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, tamaşa İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin 5 illiyinə həsr olunur.

Tamaşanın bədii rəhbəri Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, videomühəndisləri Vadim Kuskov və Əhliman Ərşadlıdır.

Tamaşada rolları Emin Sevdiməliyev, Cavid Cavadzadə, Cavidan Kəsəmənli, Vüsal Məmmədov, Əhliman Ərşadlı, Zəhra Salayeva, Ayşən Mirzəyeva, Təranə Əliyeva və Dürdanə Dünyamalıyeva ifa edirlər.

Qeyd edək ki, tamaşada səhnə hadisələri ilə yanaşı, videomateriallardan da istifadə edilib ki, bu da səhnə əsərinin bədii təsir gücünü daha da artırır.

# 260 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #