Şuşa haqda kitabın təqdimatı keçirildi

Elçin Əhmədov

Elçin Əhmədov

4 noyabr 2021
# 16:02

Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib.

Kitabın xalqın yaddaşında, tarixində daim yaşayacaq və gələcək nəsillərə çatdırılacaq bir məxəz, mənbə olduğunu qeyd edən Xalq yazıçısı Çingiz Abdullayev deyib: "Ermənilər uzun müddət idi torpaqlarımızı işğal etmişdilər, özləri də başa düşürdülər ki, bu torpaqlar onların deyil. Buna görə də məktəbləri, xəstəxanaları, hər yeri dağıtmışdılar. İnanırdıq ki, biz qayıdacağıq və Ali Baş Komandanın rəhbərliyi ilə qayıtdıq da. Ötən ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində dünyaya sübut etdik ki, biz qəhrəman, döyüşkən xalqıq. Müəllifin Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirən amillərdən bəhs edən kitabının nəşrini uğurlu addım kimi qiymətləndirirəm".

# 3012 dəfə oxunub

Müəllifin son yazıları

# # #