Süni intellekt Azər Baxşəliyevi canlandırdı

Süni intellekt Azər Baxşəliyevi canlandırdı
30 iyul 2025
# 13:40

Dostları mərhum aktyor Azər Baxşəliyevin süni intellekt vasitəsilə videosunu hazırlayıb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, ona həsr edilən "Sınıq pəncərə" mahnısı ilə hazırlanan videoda Azərin ağ geyimdə görüntüləri əks olunub.

Videonu aktyor Ramil Babayev sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb:

"Bəziləri bu dünyadan gedəndə sadəcə yox olmur… Onlar yaddaşımıza iz, ürəyimizə yara qoyub gedirlər. Azər, sənin yoxluğunla barışmaq mümkün deyil, amma varlığının buraxdığı işıqla yaşamağa çalışırıq.

Səninlə gülüşlərimizi, səmimiyyətini, saf qəlbini heç vaxt unutmayacağıq. Ruhun şad, məkanın cənnət olsun, əziz dost…".

Qeyd edək ki, Azər bu il yanvar ayında böyrək çatışmazlığından vəfat edib.

# 185 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #