Sumqayıtda kitab festivalı keçiriləcək

Sumqayıtda kitab festivalı keçiriləcək
5 may 2022
# 16:20

Sumqayıtda kitab festivalı keçiriləcək.

Kulis xəbər verir ki, bu barədə Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz feysbuk hesabından paylaşım edib.

Qeyd edək ki, festival 14-15 may, Sumqayıt Kimyaçılar sarayının qarşısında keçiriləcək.

Şahbaz Xuduoğlunun paylaşımını təqdim edirik:

"Kitab şəhəri - Sumqayıt

14-15 Mayda Sumqayıtda kitab sərgisi edirik.

Kimyaçılar sarayının qarşısında. Proqram barədə daha ətraflı məlumat olacaq.

Sumqayıt kitab şəhəridir. Özünə həmişə, zavod, fabrik, fəhlə şəhəri deyib. Ordakı inkişafı, təmizliyi görəndə düşündüm ki, Sumqayıt əsl kitab şəhəridir.
Sumqayıtda bizim çox sadiq kitab oxucularımız var. Pandemiya vaxtı online sifarişlərin həcminə görə Bakı ilə yarışa girmişdi.
Kitab Şəhəri Sumqayıta gəlirik..."

# 1513 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #