Stroqanovlar ailəsinin sonuncu nümayəndəsi Helene de Lüdinqhauzen-Stroqanova (Yelena Andreevna) 83 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə Perm diyarının mədəniyyət naziri Alla Platonova öz teleqram kanalında məlumat yayıb.
Stroqanovlar rus sənayeçiləri və torpaq mülkiyyətçiləri ailəsidir.
16-cı əsrdən etibarən Stroqanovlar ən böyük torpaq sahibləri hesab olunurdular.
Qeyd edək ki, Helen Stroqanov sağlığında Stroqanov sarayının bərpası və muzeylərə yardımla məşğul olan Beynəlxalq Fondu təsis edib.