Stiven Siqal Hollivudu tənqid etdi

Stiven Siqal Hollivudu tənqid etdi
4 iyun 2026
# 17:24

Aktyor Stiven Siqal müasir Hollivud kinosunu həddindən artıq siyasiləşdiyinə görə tənqid edib.

Kulis.az xəbər verir ki, onun bu sözlərini "kp.ru" saytı yayıb.

Aktyor məsələ ilə bağlı bunları deyib:

"Hazırda Amerikada elə bir vəziyyət yaranıb ki, Hollivud mənim qətiyyən razılaşmadığım müxtəlif qrupların təsirinə düşüb. Xatırlayıram, bir dəfə mənə yuxarıdan belə bir xəbərdarlıq gəlmişdi ki, kinoda mütləq fərqli cinsi oriyentasiyaya malik insanlar olmalıdır".

Siqalın sözlərinə görə, süjet xəttinə LGBT icmasının nümayəndələrini daxil etmədən filmi böyük festivallara, o cümlədən "Oskar"a qəbul etmirlər. Aktyor etiraf edib ki, bütün filmlərə nəzarət edən bir mafiyanın əvəzinə, dünyanı təmsil edən insan qruplarının mövcud olduğu bir sistem arzulayır.

Sənətçi bu fikirlərini 2026-cı il Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2026) sessiyasında bölüşüb. Aktyor həmçinin incəsənətin Qərb ilə Rusiya arasında körpü ola biləcəyini vurğulayıb.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər