Stiven Kinqin təriflədiyi film istənilən nəticəni vermədi

Stiven Kinqin təriflədiyi film istənilən nəticəni vermədi
26 iyun 2023
# 11:40

Ezra Millerin baş rolda çəkildiyi “The Flash” elmi-fantastik trillerinin gəliri ABŞ-də nümayiş olunduğu ikinci həftədə 72% azalaraq 15,3 milyon dollara düşüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Flash” beynəlxalq miqyasda 26,6 milyon dollar qazanıb. Hazırda filmin ümumi gəliri 210 milyon dollardır.

200 milyon dollar büdcəsi olan filmin 300 milyon dollar qazanacağı proqnozlaşdırılmışdı.

Qeyd edək ki, məşhur triller yazıçısı Stiven Kinq də ilk günlərdə "The Flash"i xeyli tərifləyib.

# 906 dəfə oxunub

Müəllifin son yazıları

# # #