Ssenarinin texniki qaydaları - “Mən qadınam”

Ssenarinin texniki qaydaları - “Mən qadınam”
19 mart 2025
# 17:45

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı ssenari müsabiqəsi çərçivəsində təşkil etdiyi silsilə ssenari təlimləri çərçivəsində “Ssenarinin texniki qaydaları” adlı təlim keçirilib.

Kulis.az xəbər verir ki, təlimə qatılan iştirakçılar sözügedən müsabiqə ilə bağlı hazırladıqları sinopsis və ideyaların, o cümlədən, yazmaq istədikləri ideyaların inkişaf etdirilməsi ilə bağlı biliklər əldə ediblər.

Təlimin mentoru, ssenarist Pərviz Məmmədov olub.

Xatırladaq ki, adıçəkilən təlimdən əlavə, AKİ, martın əvvəlində “Dialoq necə yazılmalı” adlı (mentor Pərviz Məmmədov) təlim də təşkil etmişdi. Fevralda isə “Ssenaristin əlifbası” adlı ibtidai intensiv təlim, ssenarist və rejissor Oleq Səfərəliyevin mentorluğu ilə keçirilmişdi.

Hazırda “Mən qadınam” tammetrajlı ssenari müsabiqəsinə ssenarilərin qəbulu davam edir. Qəbul üçün son gün 15 aprel 2025-cil tarixi müəyyən edilib.
Qaliblərin adı 2 avqust 2025-ci il tarixində elan olunacaq.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

# # #