“Taxt-tac oyunları” serialının ulduzu Sofi Törner yeni “Tomb Raider” serialında Lara Kroft obrazını canlandıracaq.
Kulis.az xəbər verir ki, layihənin yaradıcısı və ssenari müəllifi məşhur “Fleabag”ın müəllifi Fibi Uoller-Bricdir.
Kroft obrazı daha əvvəl filmlərdə Ancelina Coli və Alisiya Vikander tərəfindən canlandırılmışdı.
Törner rolu böyük həyəcan və məsuliyyətlə qəbul etdiyini bildirib.
Qeyd edək ki, serialın çəkilişlərinə 2026-cı ilin yanvarında başlanacaq.
Sofi Törner "Tomb Raider" serialında Lara Croft rolunda
