"Simpsonlar"ın yaradıcısı təcavüzdə günahlandırılır

"Simpsonlar"ın yaradıcısı təcavüzdə günahlandırılır
30 iyul 2024
# 14:15

Keçmiş işçiləri "Simpsonlar" və "Futurama" cizgi seriallarının yaradıcısı Mett Qrininq və həyat yoldaşı Aqustina Picassonu məhkəməyə verib.

Kulis.az xəbər verir ki, "TMZ"nin əldə etdiyi məhkəmə sənədlərinə görə, Cavanna Skotto adlı qadın bir neçə il əvvəl Mettin Santa Monikadakı malikanəsinin meneceri olduğunu iddia edir. Onun sözlərinə görə, qadın həmkarı tərəfindən sıxışdırılıb. Ona nalayiq mesajlar yazıb, əl qaldırıb.

Cavanna iddia edir ki, rejissor və xanımı hadisələrdən xəbərdar olsalar da, heç nə etməyiblər.

Diqqət çəkən məqam isə, o, polislə əlaqə saxlamamasının səbəbini izah etməyib və ardıcıl insidentlərə baxmayaraq, Qrininqlə işləməyə davam edib.

Bundan başqa, Cavanna Mett və həyat yoldaşını 2022-ci ilin iyununda xəbərdarlıq edilmədən və səbəb göstərilmədən işdən çıxarılmaqda günahlandırır.

# 550 dəfə oxunub

Müəllifin son yazıları

# # #