"Simpson"ların növbəti proqnozu

"Simpson"ların növbəti proqnozu
15 avqust 2023
# 14:00

24 il əvvəl "Simpson"lar cizgi filmində rublun ucuzlaşacağı proqnozlaşdırılıb.

Kulis.az xəbər verir ki, cizgi filminin "The Old Man and the Threesome" adlı seriyasında bununla bağlı epizod var.

Həmin seriyada Olimpiya Komitəsinə ev sahibliyi üçün Parisin seçilməsi təklif olunur. Lakin rus təmsilçilərdən biri Moskvanın seçilməsini iddia edir:

"Moskvanı seçək, çünki orda bir dollar yeddi rubldur".

Qeyd edək ki, 33-cü Olimpiya Oyunları 14 avqust 2024-cü ildə Parisdə keçiriləcək. Moskva birjasında isə son bir ildə dolların məzənnəsi 101 rublu ötüb.

# 684 dəfə oxunub

Müəllifin son yazıları

# # #