Simli Kvartetin təqdimatında kamera musiqisi axşamı

Simli Kvartetin təqdimatında kamera musiqisi axşamı
1 may 2024
# 14:30

Ölkəmizin musiqi tarixində, ansambl ifaçılığında xüsusi yeri olan Azərbaycan Dövlət Simli Kvartetinin M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Kamera musiqisi axşamı” adlı konserti keçirilib.

Kulis.az xəbər verir ki, tamaşaçıların diqqət etdiyi məqam, ifaçı tərkibinin yenilənməsi ilə bağlı idi. Yarandığı gündən bu günədək sıralarından çoxsaylı ifaçılar keçən Kvartetin hər üzvü maraqlı dəst–xəti ilə daim seçilib. Proqramda Azərbaycan Dövlət Simli kvartetinin ifasında J.Haydn və R.Schumannın 1 saylı Simli kvartetləri səslənən gecədə repertuar dəyişkənliyi də maraqla qarşılanıb. Belə ki, kvartetin qarşıdan gələn konsertlərdə daha geniş və fərqli repertuar sərgiləyəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.

Simli kvartetin tərkibi Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Əməkdar artistlər Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.

# 614 dəfə oxunub

Müəllifin son yazıları

# # #