Simfonik orkestrin konserti keçirildi

Simfonik orkestrin konserti keçirildi
31 may 2024
# 10:19

Mayın 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Xalq artisti, dirijor Ramiz Məlik-Aslanovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin təntənəli konserti keçirilib.

Kulis.az xəbər verir ki, BMA-nın “İfaçılıq” kafedrasının tələbələrindən ibarət orkestrin ifasında Hektor Berliozun "Fantastik simfoniya" və Lüdviq Van Bethovenin “Simfoniya No 9” (l hissə) əsərləri dinləyicilərə təqdim olunub.

Tamaşaçıların zövqünü oxşayan konsert tədbiri gurultulu alqışlarla qarşılanıb.

# 386 dəfə oxunub

Müəllifin son yazıları

# # #