Silvestr Stallonenin həyat yoldaşı məhkəməyə müraciət edib.
Kulis.az “gazeta”ya istinadən xəbər verir ki, həyat yoldaşı Cennifer Flavin aktyordan boşanmaq qərarı alıb.
O, aktyoru ailə fondunun vəsaitlərini mənimsəməkdə və dələduzluqda ittiham edib.
Silvestr Stallone boşanma ilə bağlı danışarkən mediada yayılan “itə görə münaqişə yaşayıb boşanmağa qərar verdilər” şaiyəsinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu cür xırda, əhəmiyyətsiz bir söhbətə görə boşanmaq qeyri-mümkündür. Aktyor öz model yoldaşına hörmət etdiyini və onunla uzun illər xoşbəxt yaşadığını qeyd edib.