Silvestr Stallone sərgi açdı

Silvestr Stallone, aktyor

Silvestr Stallone, aktyor

9 dekabr 2021
# 11:15

Tanınmış aktyor rəsm sərgisi açıb.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, Silvestr Stallone 75 illik yubileyində Almaniyadakı Osthaus muzeyində 53 əsərdən ibarət olan bir rəsm sərgisi açıb.

Rocky Balboa rolu ilə kino tarixində iz qoyan Stallone, kariyerasına başlamazdan əvvəl sənət təhsili almış, daha sonra İsveçrə və Miamidə də rəsm sərgisi açmışdı.

Qeyd edək ki, Stallone imzalı rəsmlər bir ay boyunca sərgilənəcək.

# 1488 dəfə oxunub

Müəllifin son yazıları

# # #