Şiddətli töhmət verilən idarə rəisi işdən çıxarıldı

Şiddətli töhmət verilən idarə rəisi işdən çıxarıldı
5 aprel 2023
# 12:40

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

Kulis.az xəbər verir ki, APA-nın şimal bürosunun əldə etdiyi məlumata görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, V.Hüseynova şiddətli töhmət verilmişdi.

# 910 dəfə oxunub

Müəllifin son yazıları

# # #