"Bəzi ədəbi nəsillərdən fərqli olaraq bizim ədəbi nəsil Allahın istədiyi ədəbi nəsildir"
Bu sözləri yazıçı Seyran Səxavət Bakı Beynəlxalq Kitab sərgisində keçirilən Xalq şairi Sabir Rüstəmxanlının "Ölüm son deyil: tanıdığım Heydər Əliyev" kitabının təqdimatında deyib.
O, həmçinin gənc yazıçılar haqqında fikirlərini də bölüşüb:
"İndi bəzi cavanların iddiaları hikkələrindən min dəfə balacadır. Fəaliyyətləri hikkələrindən milyon dəfə kiçikdir. Bir dəfə o cavanlarla görüşəndə məndən soruşdular ki, "müəllim, ağlın bizdən nə kəsir?" Dedim, sizdə istedadlı insanlar var, amma başınızın "razmer"indən böyük danışırsız". Ölçü sözünü qəsdən "razmer" dedim ki, dava düşməsin".
Seyran Səxavət: "Gənc yazıçılar başının "razmer"indən böyük danışır"
