“Sevənlərindir dünya” tamaşası yenidən nümayiş olunacaq

“Sevənlərindir dünya”  tamaşası yenidən nümayiş olunacaq
30 sentyabr 2023
# 16:50

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Sevənlərindir dünya” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, oktyabrın 1-də təqdim olunacaq tamaşada iki gəncin sevgisindən bəhs olunur.

Quruluşçu rejissoru Elməddin Dadaşov olan bu səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili və digərləri iştirak edirlər.

# 1074 dəfə oxunub

Müəllifin son yazıları

# # #