“Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq

“Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı”  adlı sərgi açılacaq
1 noyabr 2024
# 12:22

Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində müasir mənzərə rəngkarlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq.

Kulis.az xəbər verir ki, ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açılacaq sərgi Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sərgidə dahi sənətkarın Azərbaycan təbiətini, özünəməxsus koloritini, harmoniyasını, solmayan gözəlliyini əks etdirən 40-dan çox rəngkarlıq tablosu, eləcə də qrafik lövhələri maraqlı konsepsiya əsasında nümayiş olunacaq.

Sərgi 2025-ci il yanvarın 31-dək davam edəcək.

# 364 dəfə oxunub

Müəllifin son yazıları

# # #