"Şerlok Holms"un əfsanəvi ulduzu vəfat etdi

Oleq Belov

Oleq Belov

25 fevral 2023
# 11:30

Rusiyalı aktyor, "Şerlok Holms" filminin və "Sklifosovski" serialının ulduzu Oleq Belov 88 yaşında vəfat edib .

Kulis.az xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Aktyor fəaliyyəti ərzində yüzdən çox kino və televiziya layihəsində yer alıb. Belovun filmoqrafiyasındakı ən diqqət çəkən layihələr - "İtalyanların Rusiyada inanılmaz macəraları" , "İyirmi il sonra muşketyorlar", "İşıqları sönmüş küçələr" və "Sklifosovski"dir.

Çoxları Oleq Belovi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" filmindəki taksi sürücüsü obrazı ilə xatırlayırlar.

İki dəfə ailə həyatı quran aktyorun birinci həyat yoldaşı müğənni Valentina Belova, ikinci həyat yoldaşı isə aktrisa Yelena Drapeko olub.

# 1142 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #