"Böyük kitab bayramıdır. Hamımız bu məsələdə əl-ələ verib sərginin daha yaxşı keçməsinə çalışmalıyıq".
Bu sözləri yazıçı, "Qanun" nəşriyyatının redaktoru Şərif Ağayar Kulis-ə açıqlamasında deyib.
O, həmçinin bu sərginin daha fərqli olduğunu vurğulayıb:
"Bakı Beynəlxalq Kitab Sərgisi ötən ildən başlayaraq Bakı Ekspo Mərkəzində keçirilir. Fərqi ilk gündən hiss edirəm. Həm nəşriyyatların dizayn işi, həm də müzakirələr daha maraqlıdır.
Bildiyim qədər, xaricdən gələn qonaqlar da çoxdur. "Qanun" nəşriyyatının da çox zəngin bir proqramı var. Demək olar ki, hər saatda tədbirimiz var. Bəzən iki zalda eyni vaxtda tədbir olur.
Bir xalqı tanıdan əsas komponentlərdən biri kitab sərgisidir. Mətbuat, oxucular, nəşriyyatlar burada fəal iştirak etməlidir.
Oxucu sayı ötən ilə nisbətdə daha da artıb".
Şərif Ağayar: "Böyük kitab bayramıdır"
11 noyabr 2023
15:12
1150 dəfə oxunub