Sərdar Ortaçın "tabutu oğurlandı"

Sərdar Ortaçın "tabutu oğurlandı"
14 iyul 2023
# 17:40

Türkiyəli sənətçilər Mehmet Çeviklə "Biliyorum" mahnısına yeni klip çəkdirən Serdar Ortaçın klipində istifadə etdiyi tabut oğurlanıb.

Kulis.az xəbər verir ki, "Snob" jurnalının xəbərinə görə, tabut Mehmet Çevikin Bursadakı anbarından oğurlanıb.

Tabutu oğurlayan şəxs "Məqsədim oğurluq deyil. Bir azarkeş olaraq videoda istifadə olunan tabutu sizdən xatirə olaraq götürdüm" sözlərini deyib.

Nəticədə, Çevik fanatı olduğunu deyən şəxsdən şikayətçi olmayıb.

# 847 dəfə oxunub

Müəllifin son yazıları

# # #