"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda

"Sən elə bir zirvəsən!”  yenidən Akademik Musiqili Teatrda
8 may 2024
# 18:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar 10 may saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında onun xatirəsinə həsr olunan "Sən elə bir zirvəsən!" tamaşası yenidən səhnədə olacaq.

Kulis.az xəbər verir ki, tamaşada teatrın solistləri Əməkdar artistlər Səidə Şərifəliyeva, Fərid Əliyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Eleonora Mustafayeva, İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, Sübhan Rüstəmov, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

Xatırladaq ki, teatrın ötən mövsümündə Heydər Əliyevin 100 illik yubileyi şərəfinə hazırlanan bu layihə Gəncə, Şəki, Mingəçevir və Lənkəran şəhərlərində də uğurla nümayiş olunub.

# 260 dəfə oxunub

Müəllifin son yazıları

# # #