Selin Dion Paris Olimpiadasında çıxış edəcək

Selin Dion Paris Olimpiadasında çıxış edəcək
24 iyul 2024
# 16:44

Rigid person sindromu səbəbindən çətin günlər keçirən Selin Dion səhnəyə qayıtmağa hazırlaşır. Məşhur müğənninin Olimpiadanın açılış mərasimində çıxış edəcəyi açıqlanıb.

Kulis.az xəbər verir ki, 56 yaşlı müğənni cümə günü, iyulun 26-da keçiriləcək açılış mərasimində çıxış etməyə hazırlaşır.

Dion, tez-tez əzələ sərtliyinə və ağrılı spazmlara səbəb olan nadir və müalicəsi mümkün olmayan nevroloji xəstəlik olan Sərt Şəxs Sindromundan (SPS) əziyyət çəkir.

Bazar ertəsi, iyulun 22-də Dion mərasimdə iştirak edəcəyi deyilən Ledi Qaqanın qalacağı Champs-Elysées yaxınlığındakı Royal Monceau otelinə gəlib.

Dionun bir mahnıya görə 2 milyon dollar alacağı da deyilir.

# 652 dəfə oxunub

Müəllifin son yazıları

# # #