Məşhur ifaçı Selena Qomez ilk dəfə İsrail-Fələstin münaqişəsindən danışıb.
Kulis.az xəbər verir ki, müğənni bu barədə instaqramda yazıb.
O, baş verənlər çox kədərləndiyini və buna görə bir müddət sosial mediadan uzaq qalacağını bildirib:
"Kaş ki, dünyanı dəyişə biləydim, amma əlimdən heç nə gəlmir. Bütün bu dəhşət, nifrət, şiddət və qorxu məni çox kədərləndirdiyi üçün bir müddət sosial mediadan uzaq olacağam".
Qeyd edək ki, 31 yaşlı Qomezin instaqramda 430 milyon izləyicisi var.