Şəhriyar del Gerani: "AYB-nin açıqlamasındakı bütün cümlələri rədd edirəm"

Şəhriyar del Gerani:  "AYB-nin açıqlamasındakı bütün cümlələri rədd edirəm"
23 sentyabr 2023
# 10:42

"AYB-dən haqqımda kifayət qədər ədalətsiz, heç bir həqiqəti əks etdirməyən, başdan-başa hədyan açıqlama yayımlanıb".

Kulis.az xəbər verir ki, bu sözləri şair Şəhriyar Del Gerani sosial şəbəkə hesabında yazıb.

"Son günlər baş verən hadisələr, anti-terror əməliyyatlarımız və şəhidlərimizin müqəddəs ruhları xatirinə susurdum. İndi isə bütün oxucularımdan üzr istəyirəm AYB adından. Baxmayaraq, mənim orda da həyat dostlarım hesab etdiyim adamlar var, amma yenə də o cür şarlatanlıqlar yayıla bilir haqqımda. Mən bütün bunlara təəssüf edirəm sadəcə. Əfsus o “dostlara” da. AYB-nin açıqlamasındakı bütün cümlələri rədd edirəm. Başından böyük səhv edib mənim adıma o cümlələri yazanlar da, tirajlayanlar da. Hamısı yalandır! Əksini isbat edənlərə sıfır faizlə kredit verirəm 25 illik. Açıqlamanı oxuyanda tüklərim biz-biz oldu və “Davam edir 37!” misrasını vird elədim qeyri-ixtiyari. Ən yaxın günlərdə - bir video-müsahibədə detallarına qədər isbat edib göstərəcəm hər kəsə olanları. Ömür AYB-dən daha uzundur! Elə edin, bir-birimizin üzünə baxa bilək heç olmasa. Allah necə haqdı?! Eşqlər!".

# 1754 dəfə oxunub

Müəllifin son yazıları

# # #